...

Ziya Məmmədov: Avtomobil nəqliyyatında gediş qiymətlərinin artımı qanunsuzdur

Siyasət Materials 10 May 2006 16:51 (UTC +04:00)
Ziya Məmmədov: Avtomobil nəqliyyatında gediş qiymətlərinin artımı qanunsuzdur

Azərbaycanın Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş qiymətlərini qanunsuz artıran şəxsləri cəzalandıracaq. Trend in ANS telekanalına istinadən verdiyi məlumata görə, bu barədə idarənin rəhbəri Ziya Məmmədov məlumat verib.

Bunun qarşısının alınması üçün çox ciddi tədbirlər həyata keçirilir. Bu məsələdə mərkəzi dövlət orqanı olan Nəqliyyat Nazirliyi bu proseslər üzərində nəzarəti həyata keçirir. "Heç kim ölkənin Tarif (Qiymət) Şurasının qərarı olmadan gediş qiymətlərini qaldıra bilməz", - deyə o bildirib.

Nazirin sözlərinə görə, qiymətlərinin qaldırılmasının səbəblərini Bakı şəhərinin nəqliyyat departamentindən soruşmaq zəruridir. Avtomobil nəqliyyatı vasitələrinin sahiblərindən nömrə nişanları alınacaq, lisenziyaları uzun müddətə ləğv ediləcək.

Xəbər lenti

Xəbər lenti