...

Fikrət Mustafayev: "110 saylı Zaqatala seçki dairəsindən namizəd Arif Hacılının müşahidəçilərinin şikayəti əsassız hesab olunub"

Siyasət Materials 13 May 2006 15:07 (UTC +04:00)

Milli Məclisə mayın 13-də 110 saylı Zaqatala seçki dairəsində keçirilən təkrar seçkilərdə deputatlığa namizəd, Müsavat Partiyası sədrinin müavini Arif Hacılının müşahidəçiləri tərəfindən şikayət daxil olub. Bu barədə Trend ə sözügedən seçki dairəsinin sədri Fikrət Mustafayev bildirib.

F.Mustafayev bildirib ki, şikayətdə seçicilərlə bağlı iradlar bildirilib: "Lakin yazılan şikayətlər komissiya üzvləri tərəfindən araşdırılıb və əsassız olduğu üzə çıxıb".

Komissyanın sədri onu da vurğulayıb ki, 4 beynəlxalq müşahidəçi qeydə alınıb, yerli müşahidəçilərin sayı isə 528-dir. F.Mustafayev onu da qeyd edib ki, saat 12.00-a olan məlumata görə, seçicilərin 28 faizi məntəqələrdə səs veriblər. Hələlik hər hansı bir qanun pozuntusunun qeydə alınmadığını deyən F.Mustafayev seçkilərin normal keçdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti