...

Səməd Seyidov: "Təkrar seçkilərin nəticələri Azərbaycanın demokratik dövlət kimi beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirib"

Siyasət Materials 15 May 2006 15:38 (UTC +04:00)
Səməd Seyidov: "Təkrar seçkilərin nəticələri Azərbaycanın demokratik dövlət kimi beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirib"

Mayın 13-də Milli Məclisə keçirilən təkrar seçkilərin nəticələri Azərbaycanın demokratik dövlət kimi beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirib. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov bildirib ki, 13 may parlamentə keçirilən təkrar seçkilərin nəticələri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir: "Şahidi olduq ki, bu seçkilərin ədalətli və şəffaf keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki imicinə müsbət təsir göstərdi. Təkrar seçkiləri müşahidə edən beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələri müşahidələrinin nəticələrini açıqlayarkən seçkilərin şəffaf və ədalətli keçdiyini vurğulayıblar. Bu da Azərbaycanın dünyada demokratik bir dövlət kimi nüfuzunu yüksəldir".

Millət vəkili onu da vurğulayıb ki, təkrar seçkilərin AŞPA-da müzakirələri onsuz da aparılacaqdır: "Seçkinin nəticələri istər mənfi olsun, istərsə də müsbət, prosedur qayda belədir. Ancaq təkrar seçkilərin nəticələri deməyə əsas verir ki, aparılacaq müzakirələrdə rəsmi Bakı heç bir problemlə yzləşməyəcək. Çünki təkrar seçkilər ədalətli və şəffaf keçirilib".

S.Seyidov onu da bildirib ki, AŞPA müşahidə missiyasının rəhbəri, hollandiyalı deputat Leo Platvoet təkrar seçkilərin nəticələri ilə bağlı hazırlayacağı hesabatında ATƏT müşahidəçilərinin də fikirlərinə yer ayıracaq.

Qeyd edək ki, Leo Platvoet seçkilərin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Bildirib ki, barmaqların mürəkkəbə batırılması mexanizmi beynəlxalq normalara uyğun keçirilib. AŞPA nümayəndələrinin müşahidələrinə əsasən, Leo Platvoet seçkilərin normal və ədalətli keçirildiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti