...

Litva prezidentinin Azərbaycana səfəri iyunun 8-9-na təyin olunub

Siyasət Materials 22 May 2006 17:26 (UTC +04:00)
Litva prezidentinin Azərbaycana səfəri iyunun 8-9-na təyin olunub

Litva prezidenti Valdas Adamkusun Azərbaycana səfəri iyunun 8-9-na təyin olunub. Bu barədə Trend ə eksklüziv olaraq Litva prezidentinin mətbuat xidməti rəhbərinin müavini Lina Qorbaçevene (Lina Gorbacioviene) məlumat verib.

Onun sözlərinə görə, səfər aprelin 18-19-da baş tutmalı idi. Ancaq səfər "Litvadakı siyasi vəziyyətlə əlaqədar" təxirə salınmışdı.

Səfərin proqramı və gündəliyi hələlik hazırlanmayıb. Ancaq güman olunur ki, səfər çərçivəsində ölkənin ali rəhbərliyi ilə danışıqlarla yanaşı, V.Adamkus Azərbaycan-Litva biznes forumunda iştirak edəcək və Səngəçal neft terminalına baş çəkəcək. Bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti