...

Rene Van der Linden Çernoqoriyada keçirilmiş referendumun nəticələri ilə razı deyil

Siyasət Materials 30 May 2006 10:51 (UTC +04:00)
Rene Van der Linden Çernoqoriyada keçirilmiş referendumun nəticələri ilə razı deyil

"Mən Çernoqoriyada keçirilmiş referendumun nəticələri ilə razı deyiləm və hesab edirəm ki, bu, Avropanın birləşməsi prosesinə ziddir". Trend in Rusiyadakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə AŞPA sədri "Exo Moskvı" radiostansiyasının efirində bəyan edib.

Keçmiş SSRİ ərazisində yaranmış və tanınmamış qurumların bəzi liderlərinin bəyanatı ilə bağlı sualı cavablandıran Rene Van der Linden qeyd edib: "Mən ayrılma səylərindən əl çəkməyi məsləhət görərdim. Belə ki, bu, Avropanın reinteqrasiyasına gətirib çıxaracaq. Məsələn, Çernoqoriyada keçirilmiş səsvermənin nəticələri məni çox narahat edib. Çünki əhalinin yarıdan bir qədər çoxu müstəqilliyə səs verib. Avropanın böyük problemi olan Kosovo məsələsinə gəlincə isə, fikrimcə, burada Kosovonun müstəqilliyi ilə bağlı məsələ deyil, serbiyalı köçkünlərin Kososvoya qaytarılması və onların təhlükəsizliyinə təminatın verilməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti