...

Azərbaycan XİN başçısı 4-6 iyunda Buxarestdə olacaq

Siyasət Materials 5 İyun 2006 16:07 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-6 iyunda Buxarestdə olacaq. Bu barədə Trend ə AR XİN informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə xəbər verib.

Səfərin məqsədi - "Dialoq və partnyorluğun Qara dəniz forumu" beynəlxalq konfransında iştirak etməkdir. Nazir bu forumda məruzə ilə çıxış etmək niyyətindədir. Həmçinin Buxarestdə olan zaman E.Məmmədyarovun öz həmkarları və digər məsul şəxslərlə görüşləri gözlənilir.

Qeyd edək ki, XİN başçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin başçılıq edəcəyi nümayəndə heyətinə daxil olacaq.

Xəbər lenti

Xəbər lenti