...

Rudolf İvanov: "Beş general və bir marşal" kitabı 2006-cı ilin sonunda hazır olacaq

Siyasət Materials 16 İyun 2006 15:52 (UTC +04:00)

Görkəmli Naxçıvan sərkərdələrinin həyatına həsr olunmuş "Beş general və bir marşal" adlı yeni kitab 2006-cı ilin sonunda hazır olacaq. Bu barədə Trend ə hərbi tarixçi, yazıçı-publisist, professor Rudolf İvanov Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasına (NMR) səfərinin yekunlarını şərh edərkən bildirib.

R.İvanov bildirib ki, Sovet İttifaqı höküməti tərəfindən qanunsuz surətdə cəzalandırılmış görkəmli briqada komandiri Cəmşid Cəfəroviç Naxçıvanski və digər sərkərdələrin həyat fəaliyyətini öyrənmək üçün Naxçıvan Muxtar Respublikasına gəlib. Professor arxivlərdə iş aparıb, çoxlu sayda sənəd yığıb və tezliklə kitabın yazılışına başlamaq fikrindədir.

"Mən Naxçıvanın beş generalı və bir marşalı haqqında əsər yaratmaq istəyirəm", - deyə Rudolf İvanov qeyd edib və bildirib ki, "Kitabda barəsində danışılacaq marşal - görkəmli sərkərdə Kərbəli xan Naxçıvanskidir".

Bundan başqa, publisist qısa vaxt ərzində, 2007-ci ilin əvvəlinə yaxın Hüseyn xan Naxçıvanskinin monoqrafiyasını yazmaq istəyir.

Azərbaycan xalqının şanlı oğlunun həyatı və faciəli ölümü barədə nadir materiallar alimin indiki səfəri çərçivəsində R.İvanov tərəfindən AR Naxçıvan Ali Sovetinin sədri Vasif Talıbova verilib. Onlarla kompüter səhifəsindən ibarət materiallar Muxtariyyat paytaxtının Tarix Muzeyinə təqdim olunacaq.

R.İvanovun sözlərinə görə, o, bu materialları Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin arxivlərindən əldə edib. Sənədlərdə şərəflə Vətənə xidmət etmiş rus ordusu generalının həyatı, 1938-ci il həbsinin şəraitləri, məhkəmə və ölümü haqqında faktlar əks olunub. R.İvanov C.Naxçıvanski barədə tarixi monoqrafiya yazmağı planlaşdırır.

Qeyd edək ki, NMR səfəri çərçivəsində Naxçıvan icra hakimiyyəti binasının akt zalında yazıçı-publisistin 75 illiyinə həsr olunmuş mərasim olub. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinin sədri akademik İsmayıl Hacıyev çıxış edib. O, Rudolf İvanovun həyat və yaradıcılığı barədə danışıb.

Professor R.İvanov 23 kitabın və 200 -ə yaxın məqalənin müəllifidir. Onların arasında Rusiya imperiyası və Qafqaz tarixi üzrə əsərlər, həmçinin Qafqaz xalqlarının tarixinə, Qafqaz xalqı nümayəndələrinin qəhrəmanlıqlarına və onların Rusiya imperiyasının müdafiəsi və inkişafındakı roluna həsr olunmuş kitablar mühüm yer tutur.

Xatırladaq ki, rus aliminin səfəri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Bu yaxınlarda onun Rusiya imperiyasının son əfsanəvi cəngavərlərindən biri, ləyaqət və ədaləti ilə taxt-taca və imperiyaya xidmət etmiş general- adyutant Hüseyn xan Naxçıvanskiyə həsr olunmuş "Əlahəzrətin general -adyutantı" adlı kitabı Moskvada işıq üzü görüb.

Xəbər lenti

Xəbər lenti