...

Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri, Qətər və Əmmanın xarici işlər nazirlərinin müavinləri ilə görüşüb

Siyasət Materials 21 İyun 2006 18:45 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 21-də Əfqanıstanın xarici işlər naziri Rangin Dadfar Spanta ilə "Gülüstan" Sarayında görüş keçirib. Bu barədə Trend ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

E.Məmmədyarova bölgədəki siyasi və iqtisadi sahələrdə mövcud vəziyyət haqda verdiyi məlumata görə təşəkkürünü bildirən nazir Rangin Dadfar Spantav öz tərəfindən Əfqanıstandakı mövcud vəziyyət haqda həmsöhbətini məlumatlandırıb. Tərəflər gələcəkdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı razılıq əldə ediblər.

E.Məmmədyarov elə həmin gün Qətərin baş nazirinin birinci müavini, xarici işlər nazirinin müavini Həmid bin Casim bin Cəbrəl Fənini qəbul edib. Tərəflər qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər. Qətər nümayəndə heyətinin başçısı 2006-cı ilin sentyabr ayında Qətər turizm nazirinin, Hava Yolları şirkəti başçısının və digər rəsmilərin Azərbaycana nəzərdə tutulan səfərlərinin ölkələr arasında əlaqələrin bir çox sahələrində inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın xarici işlər naziri eyni zamanda Əmman xarici işlər nazirinin müavini Badr bin Həməd Əl -Busaydini qəbul edib. Tərəflər iki ölkə arasında iqtisadi və ticarət sahələrində də imkanların mövcudluğunu qeyd edərək, gələcəkdə həmin sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi haqda qarşılıqlı razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti