...

Əli Əliyev: "Vətəndaş və İnkişaf Partiyası Məclisindəki bir vakant yerə namizəd payızda müəyyənləşəcək"

Siyasət Materials 4 İyul 2006 12:25 (UTC +04:00)

Vətandaş və İnkişaf Partiyası (VİP) Məclisində vakant bir yer saxlanılıb. Bu barədə Trend ə VİP sədri Əli Əliyev bildirib.

Partiya sədri qeyd edib ki, Məclisin keçirilən ilk iclasında onun təqdimatı ilə Rəşid Abbasov sədr seçilib: "Məclisin 10 üzvündən 9-u seçilib. Bir yeri vakant olaraq özüm saxladım. Məclisin payızda keçiriləcək növbəti toplantısında bu yerə partiyanın layiqli funksionerlərindən birinin təqdimatını verəcəm". Partiya sədri onu da qeyd edib ki, Məclisin toplantısında onun təqdimatı ilə müavinlər də təsdiqlənib.

Ə.Əliyev onu da vurğulayıb ki, partiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün iyunun 14-də qurultayın sənədlərini təqdim ediblər. Bu vaxtadək nazirlikdən cavab verilmədiyini deyən partiya sədri qanuna uyğun olaraq bir aydan sonra yenidən müracəit edəcəklərini bildirib. Ə.Əliyev daha sonra söyləyib ki, yaxın günlərdə Siyasi Şuranın iclasında rayon təşkilatlarının təsis konfranslarının keçiriləcəyi də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti