...

Araz Əlizadə: "Azərbaycan müxalifətinin seçkiləri boykot etmək qərarı heç bir önəm daşımır"

Siyasət Materials 6 İyul 2006 12:12 (UTC +04:00)

Azərbaycan müxalifətinin seçkiləri boykot etmək qərarı heç bir önəm daşımır. Bu barədə Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə oktybarın 6-da boş qalan bələdiyyələrə keçiriləcək təkrar seçkilərdə iştirak etməməklə bağlı bəzi müxalifət partiyalarının boykot qərarına münasibət bildirərəkən qeyd edib.

ASDP həmsədri vurğulayıb ki, müxalifətin seçkilərdə iştirak etməməklə bağlı qərarı düşərgəyə heç nə vermir: "Onların bu mövqeyi nə iqtidarı, nə də beynəlxalq təşkilatları düşündürmür. Seçkilərdə iştirak etmək vacibdir".

A.Əlizadə onu da vurğulayıb ki, rəhbərlik etdiyi partiya oktyabrın 6-da keçiriləcək məlum seçiklərdə iştirak edəcək: "Partiyanın rayon təşkilatları tərəfindən namizədlərin müəyyənləşdirilməsi prosesi aparılır. Proses başa çatdıqdan sonra namizədlər partiyanın Mərkəzi Komitəsində təsdiqlənəcək".

Xəbər lenti

Xəbər lenti