...

Səyavuş Novruzov: "Fəaliyyət göstərməyən siyasi partiyaların qeydiyyatı ləğv edilməlidir"

Siyasət Materials 6 İyul 2006 12:46 (UTC +04:00)

Mövcud reallıqlar nəzərə alınaraq "Siyasi partiyalar haqqında" qanunda yaranmış boşluqlar doldurulmalıdır. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanmasına münasibət bildirərəkən qeyd edib.

YAP rəsmisi bildirib ki, adıçəkilən sənədlə bağlı təmsil olduğu partiya Milli Məclisə 2001-ci ildə layihə təqdim etmişdi. Millət vəkili onu da söyləyib ki, bu layihə ilə bağlı ATƏT-in İnsan Hüquqları Bürosunun nümayəndələrinin və ictimaiyyətin iştirakı ilə bir neçə dəfə bu məsələ parlamentdə müzakirə olunub: "Lakin sonradan seçki və digər proseslər meydana gəldyindən bu müzakirələrə müvəqqəti ara verilib. Yəqin ki, Milli Məclisin payız sessiyasında yenidən bu qanun layihəsinin müzakirəsi gündəmə gətiriləcək".

S.Norvuzov onu da bildirib ki, 1992-ci ildə "Siyasi partiyalar haqqında" qanun qəbul edildikdən sonra Konstitusiya, Seçki Məcəlləsi qəbul olunuduğundan sənədə yenidən baxılmalıdır: "Birincisi, sənəddə siyasi partiyaların qeydiyyatdan keçməsi, yəni hüquqi institutlaşdırılmasının necə olması, ikincisi, siyasi partiyaların fəaliyyətinin hansı hüquqi çərçivədə tənzimlənməsi, yəni seçkidə və digər proseslərdə iştirak etmirsə, fəaliyyətsizlik göstərirsə onun qeydiyyatı ləğv edilməlidir, üçüncüsü isə partiyaların maliyyələşdirilməsi məsələsi öz əksini tapmalıdır".

Xəbər lenti

Xəbər lenti