...

Sabah Müsavat Partiyasının Məclis sədri və Divan üzvləri seçiləcək

Siyasət Materials 7 İyul 2006 19:08 (UTC +04:00)

Müsavat Partiyasının Divan üzvlüyünə namizədlərin sayı 22 nəfərdir. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Qeyd edək ki, iyulun 8-də partiya Məclisinin iclası keçiriləcək. İclasda ölkədəki ictimai-siyasi durum, partiyanın qarşısında duran vəzifələr, habelə Ermənistan-Azərbaycan münaqişəsi, Güney Azərbaycanda baş verən hadisələr müzakirə olunacaq. Toplantıda təşkilati məsələlərə də baxılacaq. Yeni təsis olunmuş məclisin sədrliyinə və divan üzvlüyünə seçkilər keçiriləcək. Məclis sədrliyinə iki nəfər - Vurğun Əyyub və Sülhəddin Əkbər namizəddir. Divan üzvlüyünə isə 22 nəfərin namizədliyi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti