...

QHT qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı qanun layihələri ATƏT-in Bakı ofisinə təqdim ediləcək

Siyasət Materials 13 İyul 2006 15:57 (UTC +04:00)

QHT qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə hazırlanan üç qanun layihəsi ekspertiza üçün gələn həftə ATƏT-in Bakı ofisinə təqdim ediləcək. Bu barədə Trend ə Milli QHT Forumu icraçı direktoru Fərasət Qurbanov bildirib.

Qeyd edək ki, iyunun 28-də Milli QHT Forumu ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin dəstəyi ilə QHT qanunvericilik bazasının təkmilləşdirildməsi məqsədilə "İctimai birliklər haqqında", "Fondlar haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələri və digər qanunların analizinin müzakirəsi ilə bağlı seminar keçirib.

F.Qurbanov bildirib ki, seminarda aparılan müzakirələrdə layihələrlə bağlı verilən təkliflər nəzərə alınaraq sənədlər yenidən işlənmək üçün İşçi qruplarına qaytarılıb: "Artıq İşçi qrupları prosesi yekunlaşdırıblar. Qanun layihələri tam hazırdır. Gələn həftə rəy almaq üçün ATƏT-in Bakı ofisinə təqdim ediləcək". F.Qurbanov onu da qeyd edib ki, layihələrə ATƏT-in Bakı ofisi tərəfindən rəy verildikdən sonra sənədlər Milli Məclisə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti