...

AMİP Mərkəzi Şurasının 23 iyul iclasında təşkilati məsələlərə baxılacaq

Siyasət Materials 14 İyul 2006 13:31 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının iyulun 23-də keçiriləcək iclasında təşkilati məsələlərə baxılacaq. Bu barədə Trend ə AMİP sədri Ayaz Rüstəmov bildirib.

AMİP sədri onu da vurğulayıb ki, Mərkəzi Şuranın iclasında onun təqdimatı ilə partiyanın baş katibi, Mərkəzi Şuranın sədri və müavini, Siyasi Şuranın 10 üzvü seçiləcək: "Partiyanın qurultayından sonra bu vəzifələr boş qalmışdı. Qərara almışıq ki, iyulun 23-də boş qalan yerlərə təyinatlar təsdiqlənsin". A.Rüstəmov onu da əlavə edib ki, onun təqdimatı ilə səsvermə 3/2 səs çoxluğu ilə həyata keçiriləcək.

A.Rüstəmov bildirib ki, hər bir yer üçün təqdimatında yalnız bir şəxsin adı göstəriləcək: "İstəmirəm ki, alternativ namidələr olsun. Ola da bilər ki, mənim təqdimatım Mərkəzi Şurada təsdiqlənməsin. Yalnız bu halda digər şəxsin namizədliyini irəli sürə bilərəm".

Xəbər lenti

Xəbər lenti