...

Əli Əliyev: ""Azadlıq" Blokunun vahid namizədinin müəyyənləşməsi ilə bağlı müzakirələrə başlamaq lazımdır"

Siyasət Materials 19 İyul 2006 16:36 (UTC +04:00)

"Azadlıq" Bloku qarşıdan gələn bələdiyyə seçkilərində müşahidə aparmayacaq. Bu barədə Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib.

O bilidrib ki, bu həftə "Azadlıq" blokunun Sədrlər Şurasının toplantısı olacaq. İclasda ölkədəki ictimai-siyasi durum, "Azadlıq" blokunun hazırladığı islahatlar paketi, Konstitusiyaya dəyişikliklər təklifi, blokun qarşıda görəcəyi tədbirlər və bələdiyyə seçkilərində müşahidəçilik aparıb-aparmaması kimi məsələlər müzakirə olunacaq.

"Hesab edirəm ki, "Azadlıq" Bloku bələdiyyə seçkilərində iştirak etmədiyinə görə, seçkilərin müşahidəsini aparmamaq barədə qərar çıxaracaq. Seçkilərin monitorinqi bizim üçün əhəmiyyətsiz görünür. Mən diqqətin əsasən blokun qarşıdan gələn prezident seçkisində vahid namizədinin müəyyən edilməsi məsələsinə yönəldilməsinin tərəfdarıyam. Mənim bu barədə irəli sürdüyüm təşəbbüs mediada, siyasi partiyalar arasında ciddi şəkidə diqqət mərkəzində oldu və müxtəlif reaksiyalar verildi. Hesab edirəm ki, blokun vahid namizədlə bağlı ümumi bir mövqeyinin formalaşdırılması üçün artıq müzakirələrə başlamaq lazımdır"-deyə Əli Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti