...

Hacıağa Nuri: "AQB bəzi müxalifət blokları kimi fəaliyyətinə xitam verməyəcək"

Siyasət Materials 20 İyul 2006 13:51 (UTC +04:00)

Dağlıq Qarabağ problemi həll olunmayanadək, işğal olunan torpaqlarımız geri qaytarılmayanadək Azərbaycançı Qüvvələr Birliyi (AQB) fəaliyyətini davam etdirəcək. Bu barədə Trend ə AQB-nin təsisçilərindən olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacıağa Nuri bildirib.

H.Nuri qeyd edib ki, 2005-ci il parlament seçkilərindən sonra AQB bir dəfə də toplantı keçirməyib: "Amma buna baxmayaraq qurumda təmsil olan Birlik Partiyası və Xalq Dirçəliş Partiyasının rəhbərləri ilə vaxtaşırı telefon əlaqəsi yaradırlar. Yəqin ki, avqustda toplantımızı keçirəcəyik".

H.Nuri onu da əlavə edib ki, AQB müxalifət düşərgəsində yaradılıb sonra müəyyən səbəblər üzündən parçalanan blokların birinə çevrilməyəcək: "AQB-yə ehtiyac var. Çünki blok azərbaycançılıq ideologiyası əsasında qurulub. Nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb blok fəaliyyət göstərəcək. Blokun dağıla biləcəyindən söhbət gedə bilməz. Əksinə biz qarşımızda AQB-nin daha da gücləndirilməsi məqsədini qoymuşuq".

Xəbər lenti

Xəbər lenti