...

Hüseyn Bağırov: Azərbaycan ətraf mühitin qorunması sahəsində Türkiyənin təcrübəsini öyrənməkdə maraqlıdır

Siyasət Materials 28 İyul 2006 13:33 (UTC +04:00)
Hüseyn Bağırov: Azərbaycan ətraf mühitin qorunması sahəsində Türkiyənin təcrübəsini öyrənməkdə maraqlıdır

Azərbaycan ətraf mühitin qorunması sahəsində Türkiyənin təcrübəsini öyrənməkdə maraqlıdır və bu kontekstdə biz təqaüdə çıxmış türkiyəli meşəçilərdən ibarət qrupun Azərbaycana dəvət edilməsi ilə bağlı qərar qəbul etmişik. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, bu barədə Türkiyənin Bolu əyalətinə səfəri zamanı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

"Mən bu sahədə təcrübənin öyrənilməsi üçün meşəçilər qrupunu rəsmən Azərbaycana dəvət etmişəm", - deyə H.Bağırov qeyd edib.

O, Təbii parkla (Abant gölü) tanış olub. Türkiyənin ekologiya və meşələr naziri Osman Pepe parkın fəaliyyəti barədə ətraflı məlumat verib.

Türkiyəli nazir bildirib ki, hər il Abant gölünə milyonlarla turist gəlir. Ancaq bu amil ətraf muhitə təsir göstərmir. "Biz dost Azərbaycana hər cür dəstək göstərməyə hazırıq", - deyə o qeyd edib.

Nazirlər vertolyotda parkın ərazisini gəzib.

Xəbər lenti

Xəbər lenti