...

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Siyasət Materials 31 İyul 2006 16:23 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Trend ə BAXCP-nin mətbuat xidmətindən bildiriblər.

Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İctimai-siyasi məsələlərlə bağlı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliev ətraflı məruzə edib. Daha sonra İdarə Heyətinin üzvləri Yaxın Şərqdə baş verən prosesləri geniş müzakirə ediblər. İdarə Heyəti İsrail silahlı qüvvələrinin Livanın Kana kəndini bomblanması nəticəsində günahsız dinc sakinlərin qətlə yetirilməsindən narahatlığını ifadə edib. Bununla bağlı bəyanat qəbul olunub.

Yaxın Şərq probleminin dinc yolla tənzimlənməsinin tərəfdarı olan BAXCP İsrail ordusu tərəfindən Kana kəndinin bombalanması nəticəsində qoca, qadın və uşaqlardan ibarət olan 60 nəfərdən artıq dinc sakinin qətlə yetirilməsindən təəssüfləndiyini bildirir. Bəyanatda bildirilib ki, erməni terrorizimi və Ermənistanın işğalı nəticəsində dəfələrlə oxşar hadisələrlə üz-üzə qalmış Azərbaycan xalqı baş verənlərdən narahat olmaya bilməz. Vaxtilə Xocalı sıyqırımının dəhşətlərini yaşadığımız zaman bu dəhşətli qətliama dünya birliyi susmuş olsa da, Livanda baş verənlərlə bağlı susmalı deyilik. Kana kəndində baş verən qətliamın miqyası Xocalı soyqırımı ilə eyni olmasa da bir günahsız insanın ölümü belə bəşəriyyət üçün faciə hesab olunmalıdır.

Xəbər lenti

Xəbər lenti