...

VHP seçkilərdə bir sıra müxalifət partiyaları ilə əməkdaşlıq edəcək

Siyasət Materials 2 Avqust 2006 13:36 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı seminar treninqlər keçirməyə hazırlaşır. Bu barədə Trend ə VHP mətbuat xidmətindən bildiriblər.

VHP sədrinin müşaviri və partiyanın Seçki Qərargahının katibi Samir Əsədli bildirib: "Təkrar bələdiyyə seçkilərində VHP 23 namizədlə iştirak edir. Bu şəxslər bir sıra rayonlarda olan bələdiyyələrə namizədlikləriniirəli sürüblər. Biz partiya olaraq təbliğat-təşviqat kampaniyasını gözləyirik. Yerli təşkilatlara tapşırıqlar verilib ki, avqust ayının 7-dən başlayaraq təbliğat kampaniyasına başlasınlar. Bundan başqa VHP seçkilərdə iştirak edən namizədləri üçün bir sıra təlim seminarları keçirəcək. Artıq bu məqsədlə partiyanın Hüquq və qanunvericilik komisiyasının hüquqşünasları bir sıra təlimatlar hazırlayıblar. Eyni zamanda seçkidə müşahidəçilik edəcək üzvlərimiz üçündə seminarlar keçiriləcək".

VHP funksioneri deyib ki, partiyası təkrar bələdiyyə seçkilərində bir sıra müxalifət partiyaları ilə əməkdaşlıq edəcək: "VHP təkrar bələdiyyə seçkilərində bir sıra partiyalarla qarşılıqlı olaraq əməkdaşlıq etmək niyyətindədir. Bu barədə partiyada müzakirələr aparılır. Eyni zamanda VHP-yə də seçkilərdə əməkdaşlıq edək təklifi ilə müraciət edən partiyalar var. Yəni VHP AMİP, AKXCP, AMDP (Boz Qurd), BQP, Ədalət və sair partiyalarla təkrar bələdiyyə seçkilərində əməkdaşlıq etmək niyyətindədir. Yəni biz VHP olaraq 2004-cü ilin bələdiyyə seçkilərində "Demokratik Azərbaycan" Blokunun tərkibində iştirak etmişdi. Ancaq bu dəfə blok şəkilikdə deyil seçkilərə partiya olaraq fərdi qaydada qatılmışıq və digər partiyalarla qarşılıqlı olaraq əməkdaşlıq etmək niyyətindəyik".

Xəbər lenti

Xəbər lenti