...

Azərbaycan-Gürücstan hökumətlərarası komissiyasının görüşü Batumidə keçiriləcək

Siyasət Materials 2 Avqust 2006 20:47 (UTC +04:00)

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının görüşü Batumidə keçiriləcək. Bu barədə Trend in xüsusi müxbirinə Gürcüstanın Maliyyə Nazirliyindən xəbər veriblər.

Gündəliyə energetika, kənd təsərrüfatı və maliyyə sahələrində əməkdaşlığa dair iqtisadi məsələlər daxildir. Əsas müzakirə mövzusu Gürcüstanın Azərbaycana olan borcunu restrukturlaşdırmaqdır.

Nazirlikdən bildiriblər ki, Gürcüstan Azərbaycan tərəfinin imzalamalı olduğu saziş layihəsini artıq Bakıya göndərib. "Əgər bütün lazımi tədbirlər Bakıda keçirilərsə, sənədin imzalanmasına heç nə maneə olmaz, çünki hər şey əvvəlcədən razılaşdırılıb" - deyə Trend ə nazirlikdən bildiriblər.

Paris klubu sazişinə əsasən, Gürcüstan borcunun restrukturlaşdırılması barədə danışıqlar aparır.

Söhbət 1992-1993-cü illərin borcundan gedir ki, bu da iki komponentdən - texniki kredit və qış mövsümü üzrə borcdan ibarətdir. 1997-ci ildə borclar birləşdirilib və bundan sonra Gürcüstan Azərbaycana olan borcunun ödənilməsilə bağlı Paris klubunda danışıqlara başlayıb. 2001-2003-cü illərdə ödənilməli olan borcun bir hissəsi razılaşdırılmış qrafikə əsasən 2015-2018-ci illərdə ödəniləcək. Qeyd etmək lazımdır ki, Gürcüstan Paris klubu üzvlərinə olan borcunun ödənilməsinin 2025-27-ci illərə qədər uzadılması ehtimalını və bütün üzv dövlətlərlə danışıqlar aparılmasını istisna etmir.

Digər tərəfdən Gürcüstanın maliyyə naziri Aleksi Aleksişvilinin Trend ə bildirdiyinə görə, ölkədə müşahidə olunan iqtisadi artımı nəzərə alaraq belə bir xahiş onun nüfuzuna mənfi təsir göstərə bilər.

Xəbər lenti

Xəbər lenti