...

Azərbaycan Prezidenti Feldyeger Xidməti əməkdaşlarının əmək haqlarının artırılması barədə sərəncam verib

Siyasət Materials 4 Avqust 2006 13:03 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması barədə sərəncam verib.

Sərəncama görə, Dövlət Feldyeger Xidmətinin şəxsi heyətinə daxil olan xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin aylıq vəzifə maaşları 2006-cı il avqustun 1-dən 100 faiz artırılacaq.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn bütün maliyyə məsələlərini həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti