...

DAK Güney Azərbaycana yardım məqsədilə bir sıra ölkələrdə konsert proqramları təşkil edəcək

Siyasət Materials 5 Avqust 2006 12:26 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycana yardım məqsədilə bir sıra ölkələrdə mədəni-kütləvi tədbirlər planlaşdırıb. Bu barədə Trend ə DAK sədrinin müavini Eldar Qaradağlı bildirib.

DAK rəsmisi vurğulayıb ki, bu tədbirlər Mədəniyyət və İncəsənət Akademiyası tərəfindən həyata keçiriləcək: "Rusiya, Finlandiya, İsveç, Almaniya və digər ölkələrdə konsert proqramları təşkil olunacaq. Tədbirlərdən əldə olunacaq vəsait Güney Azərbaycana yardıma yönələcək".

E.Qaradağlı onu da qeyd edib ki, DAK-ın dekabrın 9-11-də keçiriləcək IX qurultayına qədər bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti