...

Məzahir Pənahov: "Bələdiyyə seçkilərində namizədlərə maliyyə yardımı ayrılmayacaq"

Siyasət Materials 7 Avqust 2006 18:46 (UTC +04:00)
Məzahir Pənahov: "Bələdiyyə seçkilərində namizədlərə maliyyə yardımı  ayrılmayacaq"

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində namizədlərin təbliğat kampaniyası üçün maliyyə vəsaiti ayrılmayacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, bu seçkidə namizədlərin təbliğat-təşviqat kampaniyası üçün dövlət büdcəsindən maliyyə yardımı ayrılması nəzərdə tutulmayıb. MSK sədri seçkinin bütün dövrlərində namizədlərin özlərinin səhvlərə yol verməmələrinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, namizədlərin maliyyə mənbələri, əmlak və gəlirləri barədə məlumat verərkən kiçicik səhvə yol verməsi belə onların namizədliyinin qeydə alınmaması üçün səbəb olur. Buna görə də namizədlər özləri barədə düzgün məlumat verməlidirlər.

Xəbər lenti

Xəbər lenti