...

Araz Əzimov: Azərbaycan erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edir

Siyasət Materials 15 Avqust 2006 20:12 (UTC +04:00)
Araz Əzimov: Azərbaycan erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edir

Hazırda BMT-də Azərbaycanın işğal olunmuş ərazilərində baş verən yanğınlarla bağlı müzakirələr gedir. Azərbaycan erməni silahlı qüvvələrinin yanğınların müşahidə olunduğu ərazilərdən çıxarılmasını tələb edir. Bunu, Trend agentliyinin məlumatına əsasən, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib. Onlar 20 km aralı çəkilməlidir.

Bu tələb həmin ərazilərin təmizlənməsi, yanğının nəticələrinin aradan qaldırılması və bərpa işlərinin görülməsi üçün ekoloq və digər mütəxəssislərin iştirakı ilə əməliyyatların başlanması məqsədini güdür. A.Əzimov bildirib ki, hazırda yanğınların sayı və gücü artmaqdadır. Azərbaycan bu prosesi izləyir.

O həmçinin bildirib ki, yanğınların müşahidə olunduğu ərazilər gələcək istifadə üçün yararsız olur. Bu torpaqların bərpası üçün 5-6 il tələb olunacaq. Əgər bu prosesin qarşısı alınmazsa, Azərbaycan əhalisinin doğma torpaqlarına qayıtması üçün əlavə problemlər yaranacaq.

A.Əzimovun dediyi kimi, belə bir böhranlı vəziyyətin yaranması çox ehtimal ki, kiminsə xeyrinədir. Azərbaycanın məqsədi bu prosesin qarşısını mümkün qədər tez almaqdır. O həmçinin qeyd edib ki, Azərbaycan yanğınların qabağının alınması istiqamətində Ermənistanla əməkdaşlıq etməyə hazırdır.

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin bəyanatını şərh edən A.Əzimov həqiqi işlərlə məşğul olub, böhtan və vəzifədən sui-istifadəyə yol verməməyi məsləhət görüb. A.Əzimovun sözlərinə görə, hazırda ən əsası yanğınların qarşısını almaqdır. Ermənistan təcavüzkar dövlət kimi yanğınların qarşısını almaq üçün heç bir tədbir görmür. Buna görə bütün məsuliyyət onun üzərinə düşür.

Xəbər lenti

Xəbər lenti