...

MSK sədri beynəlxalq tədbirdə iştirak etmək üçün Latviyaya gedib

Siyasət Materials 28 Avqust 2006 12:16 (UTC +04:00)

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının (MŞASRA) 15 illik konfransında iştirak etmək üçün Latviya Respublikasına gedib. Bu barədə Trend ə Mərkəzi Seçki Kolmissiyasından (MSK) məlumat verilib.

Konfrans "Ümumxalq referendumu: texniki və hüquqi aspektlər" mövzusundadır. MSK sədrini bu mötəbər tədbirə MŞASRA və onunla birgə təşkilatçı olan Latviya Respublikası Mərkəzi Seçki Komissiyası adından Assosiasiyasının baş katibi Zoltan Tot dəvət edib. Tədbir 31 avqustdan 2 sentyabradək Yurmalada (Latviya Respublikası) keçiriləcək.

Assosiasiyaya seçkilərin demokratik şəraitdə keçirilməsinə dair mükəmməl idarəetmənin təkmilləşdirilməsi barədə müzakirələr aparmaq məqsədilə seçki idarəçiliyi orqanlarının rəhbərləri və illik əsaslar üzrə ekspertlər cəlb olunub. Bu peşəkar iclas Avropadan gəlmiş seçki mütəxəssislərinə və məmurlarına təcrübələrini bölüşmək imkanı verəcək. Konfransda seçki avadanlıqlarının və xidmətlərinin nümayişi, seçki tarixinin şərhi təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti