...

Sabir İlyasov: Azərbaycan uçuşların təhlükəsizliyi üçün bütün tələbləri yerinə yetirir

Siyasət Materials 30 Avqust 2006 17:28 (UTC +04:00)
Sabir İlyasov: Azərbaycan uçuşların təhlükəsizliyi üçün bütün tələbləri yerinə yetirir

TU-154M təyyarəsinin 22 avqust 2006-cı ildə Donetsk vilayətində qəzaya uğramasının səbəblərini araşdıran Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) texniki komissiyası Azərbaycana və digər MDB ölkələrinə uçuşların təhlükəsizliyinin artırılması üzrə operativ profilaktik tədbirlərin keçirilməsi üçün tövsiyyələr göndərib. Bu barədə Trend ə AZAL Dövlət Konserninin baş direktorunun birinci müavini Sabir İlyasov bildirib.

Onun sözlərinə görə, DAK-ın məktubu tövsiyyə xarakteri daşıyır. "AZAL Dövlət Konserni tövsiyyədə göstərilmiş bütün tələblərə tam riayət edir", - deyə S.İlyasov qeyd edib.

Tövsiyyələr qəzaya uğramış TU-154M təyyarəsinin "qara qutu"larında olan ilkin məlumatın oxunması əsasında hazırlanıb. Uçuşa qərar verərkən təyyarələrin heyətinə meteoroloji vəziyyəti diqqətlə təhlil etmək, marşrut üzrə ildırımın olması haqqında məlumat olarsa, həmin ərazidən kənar keçən marşrut seçmək tövsiyyə olunub.

İldırımın olduğu sahəni ötmək üçün buludluğun yuxarı sərhədindən keçərkən təyyarənin heyətinə uçuş istismarı üzrə dərsliyə (UİD) ciddi şəkildə riayət etmək tövsiyyə olunub. Burulğan şəraitində uçarkən UİD-in tələblərinin yerinə yetirilməsinə xüsusi diqqət vermək məsləhət görülüb.

Dispetçer heyətinə və təyyarələrin heyətinə xüsusi şəraitlərdə əlavə olaraq uçuşların təşkili və icrası üzrə normativ sənədləri öyrənmək məsləhət görülüb.

Xəbər lenti

Xəbər lenti