...

Ukrayna baş nazirinin yanacaq-energetika kompleksi üzrə müavini Andrey Klyuyev Bakıya gəlib

Siyasət Materials 31 Avqust 2006 17:51 (UTC +04:00)

Bu gün Ukrayna baş nazirinin yanacaq-energetika kompleksi üzrə müavini Andrey Klyuyev Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın yeddinci toplantısında iştirak etmək üçün Bakıya gəlib. Toplantıda Ukrayna prezidenti Viktor Yuşenkonun sentyabrın 7-8-də Azərbaycana gözlənilən səfəri çərçivəsində sənədlərin hazırlanması planlaşdırılır.

A.Klyuyev Heydər Əliyev adına aeroporta gələrkən Trend ə bildirib ki, komissiyanın energetika və kənd təsərrüfatı, ekologiya və b. sahələrdə sazişlərin hazırlayacağı nəzərdə tutulub.

"Bütün hazırlanmış sənədlər imzalanacaq", - deyə o bildirib.

Hökümətlərarası komissiyanın toplantısı sentyabrın 1-də Bakıda keçiriləcək. A.Klyuyev hökümətlərarası komissiyanın Ukrayna tərəfdən həmsədridir. Komissiyanın Azərbaycan tərəfdən sədri baş nazirin birinci müavini Yaqub Eyyubovdur.

Xəbər lenti

Xəbər lenti