...

Səhiyyə naziri Azərbaycan Tibb Universitetində təhsil müddətini azaltmağı təklif edir

Siyasət Materials 5 Sentyabr 2006 14:20 (UTC +04:00)
Səhiyyə naziri Azərbaycan Tibb Universitetində təhsil müddətini azaltmağı təklif edir

Azərbaycanın təhsil naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetində (ATU) təhsil müddətini azaltmağı təklif edir. Trend xəbər verir ki, bu barədə o, "Azərbaycanda təhsilin bugünkü və gələcək perspektivləri" mövzusunda konfransda bəyan edib.

Nazir, xüsusilə, ATU-nun bəzi kafedra və proqramlarının saatını azaltmaqla təhsil müddətini 5 il, internaturanı - 2 il etməyi təklif edir.

Xatırladaq ki, hazırda Azərbaycanda universisetdəki təhsil müddəti 6 il, internatura - 1 ildir.

Nazir həmçinin Tibb Universitetində Bolonya təhsil sisteminin tətbiq edilməsinin də qeyri-mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bu universitetdə magistratura və bakalavr kimi təhsil pillələri tətbiq oluna bilməz. O.Şirəliyevin qeyd etdiyi kimi, bir sıra Avropa ölkələri də bu təcrübənin tətbiq edilməsindən imtina edib.

Xəbər lenti

Xəbər lenti