...

Vitali Kramarenko: BVF Azərbaycanın ödəniş balansının statistikasının hazırlanması sisteminin yaxşılaşdırılmasına yardım edəcək

Siyasət Materials 6 Sentyabr 2006 21:00 (UTC +04:00)

Azərbaycan hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) müxtəlif istiqamətlərdə fonddan texniki yardımın alınması imkanlarını nəzərdən keçiriblər. Trend in xəbər verdiyi kimi, bu gün mətbuat konfransında BVF missiyasının rəhbəri, Yaxın Şərq və Orta Asiya ölkələri ilə iş üzrə Departamentin direktor müavini Vitali Kramarenko bildirib ki, büdcə sisteminin və büdcə klassifikasiyasının təkmilləşdirilməsi məsələsi ilə bağlı Maliyyə Nazirliyinə yardım etmək məqsədilə sentyabrın ortalarında Azərbaycana BVF-nin vergilər və yığım üzrə texniki eksperti gələcək.

V. Kramarenkonun sözlərinə görə, zərurət olarsa, sonradan texniki missiya da göndərilə bilər.

"Biz artıq Azərbaycana pul-kredit siyasəti üzrə yardım göstərmişik. Bu məqsədlə 2006-cı ilin avqust ayında missiya göndərmişdik. Fondun ekspertləri makroiqtisadi model üzrə öz tövsiyələrini verib , - deyə o bildirib.

Azərbaycanın Statistika Komitəsindən milli hesabların təkmilləşdirilməsi, eləcə də istehlak qiymətləri üzrə məlumatların toplanması sistemi ilə bağlı təkliflər daxil olub.

V. Kramarenko həmçinin bildirib ki, BVF ödəniş balansının statistikasının hazırlanması sisteminin yaxşılaşdırılmasına yardım edəcək.

Xəbər lenti

Xəbər lenti