...

Bakıda Qafqazdakı separatçılıq məsələləri müzakirə olunacaq

Siyasət Materials 28 Sentyabr 2006 13:50 (UTC +04:00)

Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (MEA) İnsan haqları institutunda Bakı klubunun ilk toplantısı çərçivəsində "Separatçılıq və separatçıların olmadığı Qafqaz" mövzusunda diskussiya olacaq. Bu barədə Trend ə MEA İnsan haqları institutunun direktoru Rövşən Mustafayev məlumat verib.

Dəyirmi masanın təşkilatçıları MEA İnsan haqları institutu, Avropa forumu, Rusiya XİN nəzdində Rusiya xarici mərkəzidir. Layihə yeni elitaların beynəlxalq ittifaqının konseptual variantından ibarətdir və "Yeni inkişaf. Yeni nəsil. Yeni dəhlizlər" şüarı altında keçir. Ehtimal olunur ki, əsas məruzələrlə politologiya professoru Rövşən Mustafayev, Tatyana Polozkova və hüquqşünaslıq professoru Nata Davitaya çıxış edəcəklər. Azərbaycan, Gürcüstan, Rusiya və Ukraynanın alim, siyasi və ictimai xadimləri diskussiyada iştirak edəcəklər.

R.Mustafayevin sözlərinə görə, diskussiya separatçılıqla birgə mübarizə, XXI əsr sivilizasiya sistemlərinin dinc şəkildə bir yerdə yaşamasının başlıca prinsiplərinin formalaşması üzrə strateji konsepsiya və baza prinsiplərinin hazırlığına yardım etmək üçün keçirilir. İnsan haqları institutunun direktoru həmçinin qloballaşma dövründə modernləşdirmə prosesinin daha dinamik inkişaf etməsi məqsədi ilə qabaqcıl nəsil nümayəndələrinin yaxınlaşmasını mühüm fakt hesab edir.

Xəbər lenti

Xəbər lenti