...

Avropa Şurasında Ermənistanın işğalçı siyasəti ilə bağlı yeni sənəd nəşr olunub

Siyasət Materials 4 Oktyabr 2006 19:21 (UTC +04:00)

Avropa Şurasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynovun müəllifi olduğu "Beynəlxalq qaydalara və hüquq normalarına tabe olmaq istəməyən riyakar Ermənistanın yaratdığı təhlükəli presedentin Avropanın gələcəyi və bütövlyünə yaratdığı maneələr" adlı sənədi nəşr olunub. Bu barədə Trend ə Rəfael Hüseynovun özü məlumat verib.

11058 saylı sənəddə göstərilib ki, Ermənistan Avropa Şurasına daxil olan yeganə dövlətdir ki, bu qurum tərəfindən ayrıca qətnamədə rəsmən ölkə işğalçı kimi təqdim olunub: "Yeganə dövlətdir ki, ərazisindən tarixən yaşayan xalqları təzyiqlər vasitəsilə çıxarıb. Ermənistan dünya terror şəbəkəsi ilə birbaşa əlaqə qurub, dövlət səviyyəsində terrorizm siyasəti aparır, işğal etdiyi ərazilərdə terrorçuların fəaliyyətinə şərait yaradıb".

Millət vəkili onu da qeyd edib ki, sənəddə Ermənistanın insanlıq əleyhinə soyqırımlar törətdiyi də əks edilib. Ermənistan yeganə dövlətdir ki, 3-4 min əsir və girovu gizli həbsxanalarda saxlayır, onların bədən üzvlərini çıxararaq dünya qara bazarında satır: "İşğal etdiyi ərazini nəzarətdənkənar zonaya çevrib orada narkotik maddələr becərir, məxfi nüvə tədqiqatları aparır və s."

R.Hüseynov Avropa Şurası Nazirlər Komitəsi qarşısında Ermənistanın Avropa Şurasının prinsiplərinə zidd hərəkət etdiyinə görə qurumdan kənarlaşdırılması məsələsinin də qaldırıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti