...

Əli Əhmədov: "YAP bu dəfəki seçkidə də qələbəsinə imza atacaq"

Siyasət Materials 5 Oktyabr 2006 16:28 (UTC +04:00)
Əli Əhmədov: "YAP bu dəfəki seçkidə də qələbəsinə imza atacaq"

Oktyabrın 6-da keçiriləcək bələdiyyə seçiləri Azərbaycanda demokratik seçki ənənələrinin daha da təkmilləşməsinə yeni töhfə verəcək. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Ə.Əhmədov qeyd edib ki, seçkilər ölkənin bütün ərazilərində keçirilməsə də, YAP bu prosesə ciddi şəkildə hazırlaşıb: "Partiyanın bu seçkilərdə 2000 mindən çox namizədi iştirak edəcək. Partiya səmərəli şəkildə seçki kampaniyası aparıb. Bir tərəfdən irəli sürdüyümüz namizədlərin özləri seçki keçiriləcək ərazilərində kifayət qədər tanınmış insanlardır, digər tərəfdən isə YAP apardığı kampaniya nəticəsində bir daha həmin namizədləri seçicilərə təqdim edib. Güman edirəm ki, bütün bunların hamısı partiyamızın irəli sürdüyü namizədlərin səsvermə nəticəsində uğur qazanacağını təmin edən amillərdir".

YAP rəsmisi bu seçkilərdə də uğur qazanacaqlarına əmin olduğunu bildirib. Qeyd edib ki, YAP-ın 4000 mindən artıq müşahidəçisi seçkiləri izləyəcək: "Hesab edirəm ki, bu seçkilər Azərbaycanda demokratik seçki ənənələrinin daha da təkmilləşməsinə, inkişaf etməsinə az da olsa töhfə verəcək. İkinci tərəfdən isə, konkret olaraq partiya mövqeyindən çıxış etsək, YAP seçki qələbəsi siyahısına bu dəfə də imza atacaq".

Qeyd edək ki, oktyabrın 6-da yeni, təkrar və əlavə bələdiyyələrə seçkilər keçiriləcək. Seçkilər 603 bələdiyyəni əhatə edəcək, 940 seçki məntəqəsində keçiriləcək. Seçiləcək bələdiyyə üzvlərinin sayı 1931, seçicilərin sayı isə 810 minə yaxındır. Namizədlər arasında ilk yeri 2171 nəfərlə YAP tutur.

Xəbər lenti

Xəbər lenti