...

M.Pənahov: "Avropa Şurasının müşahidəçiləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı hesabat hazırlayacaqlar"

Siyasət Materials 5 Oktyabr 2006 19:03 (UTC +04:00)

Sabah - oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərinin gedişini 9187 nəfər müşahidəçi izləyəcək. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

MSK-da 179 nəfər, dairə seçki komissiyalarında 8425 nəfər yerli müşahidəçi qeydə alınıb. 32 nəfər isə beynəlxalq müşahidəçi seçki prosesini izləyəcək. 451 nəfər namizədlər tərəfindən vəkil edilmiş şəxs qeydə alınıb.

M.Pənahovun sözlərinə görə, Avropa Şurasının müşahidəçiləri seçkinin yekunları ilə bağlı öz müşahidələri əsasında hesabat hazırlayacaqlar. Seçkidə müşahidə aparan diplomatik korpusun nümayəndələri isə öz rəylərini açıqlayacaqlar.

Seçkidə 4525 namizəd iştirak edir, onlardan 239 nəfəri qadındır. Seçki keçiriləcək dairələrin sayı - 82, seçki məntəqələrinin sayı - 940, seçki keçiriləcək bələdiyyələrin sayı - 603, seçiləcək bələdiyyə üzvlərinin sayı - 1931, seçkidə iştirak edəcək seçicilərin sayı - 810 minə yaxındır. MSK sədri bildirib ki, 164 bələdiyyə tam tərkibdə seçiləcək, 141 bələdiyyədə təkrar, 37-sində əlavə, 405 bələdiyyə üzrə yeni, 22 bələdiyyədə isə ilk dəfə seçki keçirilir. M.Pənazovun sözlərinə görə, 5 rayonda mərkəzi şəhər bələdiyyəsinə seçki keçirilir, qalanları isə kənd və qəsəbələrin bələdiyyələridir. Seçki Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərləri əhatə etmir.

MSK sədri seçici siyahıları ilə bağlı heç bir problem ortaya çıxmadığını deyib. Onun sözlərinə görə, seçici siyahıları dairə və məntəqə seçki komissiyalarında divarlardan asılıb.

Xəbər lenti

Xəbər lenti