...

Ayaz Rüstəmov: "Seçicilərin fəallığı çox aşağıdır"

Siyasət Materials 6 Oktyabr 2006 14:09 (UTC +04:00)

Seçki Məcəlləsi müxalifətin təklifləri əsasında formalaşmadığından oktyabrın 6-da bəzi bələdiyyələrə keçirilən seçkilərin şəffaflığını şübhə altına alıram. Bu barədə Trend ə Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin həmtəsisçisi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov qeyd edib ki, bəzi bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərdə AMİP-in 41 üzvü iştirak edir: "Seçkiləri partiyamızın 183 müşahidəçisi izləyir. Hələlik seçki prosesi normal gedir. Ancaq seçicilərin fəallığı çox aşağıdır". AMİP sədri əsasən Biləsuvar Dərvişli bələdiyyəsinə keçirilən seçkilərdən narahatlıq keçirdiyini bildirib: "9 yer uğrunda 12 namizəd mübarizə aparacaqdır ki, onların da 3-ü AMİP üzvü idi. Lakin əvvəlcədən edilən seçki saxtakarlığı ilə bağlı partiya üzvlərimiz etirazlarını etdilər və seçkilərdə iştirak etməyəcəklərini DSK və MSK-ya bildiriblər. Lakin müraciətləri qəbul edilmədi. İndi bilmirik ki, orada nə proseslər baş verir".

"Seçkilərin demokratik keçiriləcəyi ilə bağlı nə deyə bilərsiniz" sualımıza A.Rüstəmov belə cavab verib: "Mən ümumiyyətlə, Azərbaycanda seçkilərin demokratik keçirildiyinin şahidi olmamışam. Çünki Seçki Məclləsi iqtidarın nəzarətindədir".

Xəbər lenti

Xəbər lenti