...

Məzahir Pənahov: "Seçkiləri izləyən Avropa Şurası və ABŞ səfirliyinin müşahidəçiləri prosesinin normal və yüksək səviyyədə keçdiyini bildiriblər"

Siyasət Materials 6 Oktyabr 2006 22:19 (UTC +04:00)

Seçkiləri izləyən Avropa Şurası və ABŞ səfirliyinin müşahidəçiləri seçki prosesinin normal və yüksək səviyyədə keçdiyini bildiriblər. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 6-da keçirilən bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərdə səsvermənin gedişi ilə bağlı keçirdiyi iclasda bildirib.

M.Pənahov qeyd edib ki, saat 22.00-dək olan məlumata görə, seçicilərin 33,53 faizi səsvermədə iştirak edib: "63 saylı Sabirabad seçki dairəsindən isə tam məlumat daxil olmayıb. Ümumilikdə isə seçkilər yüksək səviyyədə keçib". MSK sədri seçkilər zamanı xırda qanunsuzluqlardan da söz açıb. Bunların isə birbaşa namizədlərin özləri ilə bağlayıb: "13 saylı Əzizbəyov seçki dairəsinin 16 saylı məntəqəsində namizədlərdən biri komissiya üzvlərinə hədə-qorxu gəlib. Polislərin müdaxiləsindən sonra o, məntəqədən uzaqlaşdırılıb".

MSK sədri vurğulayıb ki, seçkiləri 10 minə yaxın müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilər daha aktiv olublar və prosesin demokratik keçirildiyini bildiriblər. İclasda çıxış edən MSK katibi Natiq Məmmədov və sədrin müavini Svetlana Qasımova da seçkilərin şəffaf keçirildiyini bildiriblər. Onlar heç bir qanun pozuntusunun qeydə alınmadığını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti