...

NATO PA rəsmiləri Azərbaycana səfər edəcək

Siyasət Materials 9 Oktyabr 2006 12:54 (UTC +04:00)

NATO Parlament Assambleyasının (PA) Müdafiə və Təhlükəsizlik üzrə alt komitəsinin sədri Fran Kuk oktyabrın 16-18-də, assambleyanın Müdafiə və Təhlükəsizlik Komitəsinin gələcək təhlükəsizlik və müdafiə imkanları alt komitəsinin sədri Vahid Erden isə oktyabrın 15-18-də Bakıya gələcək. Bu barədə Trend ə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Zahid Oruc bildirib.

Z.Oruc qeyd edib ki, F.Kuk və V.Erden Milli Məclisin sədri, güc strukturları rəhbərləri ilə görüşlər keçirəcək: "Əsasən müdafiə sahəsində aparılan islahatlarla, NATO-Azərbaycan münasibətlərində qoyulan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq". Millət vəkili onu da bildirib ki, bu əvvəlki görüşlərin davamıdır.

V.Erdenin səfər çərçivəsində isə Azərbaycanda müdafiə təhlükəsizliyi, həyata keçirilən islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi, enerji təhlükəsizliyi ilə bağlı diskussiyalar aparılacaq.

Xəbər lenti

Xəbər lenti