...

Siyasi partiyalar bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mövqelərini açıqlayıblar

Siyasət Materials 9 Oktyabr 2006 19:15 (UTC +04:00)

Oktyabrın 6-da Azərbaycanda 603 bələdiyyəyə keçirilən təkrar, əlavə, yeni və ilk seçkilərində iştirak etmiş siyasi partiyalar seçkinin nəticələri ilə bağlı mövqelərini açıqlayıblar. Trend in məlumatına görə, seçkidə iştirak edən müxalifət partiyalarından bəziləri nəticələrdən narazı qalıb, bəziləri onu qənaətbəxş hesab edibb, hakim partiya isə müsbət qiymətləndirib.

Müxalifətçi Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bələdiyyə seçkilərinin qeyri-demokratik, qeyri-şəffaf keçdiyini və buna görə də seçkinin nəticələrini tanımadığını bəyan edib. Partiya yaydığı bəyanatında bir sıra daiərələrdə müşahidə olunan qanun pozuntuları barədə məlumat da verib.

Üzvləri bələdiyyə seçkisində iştirak edən müxalifətçi Müsavat Partiyası da bəyanatında bildirib ki, bu seçkidə müsbət istiqamətdə nəzərəçarpacaq irəliləyişlər olmadı. Müsavat Partiyası seçkinin azad, şəffaf olmadığını və buna görə də nəticələrin legitim sayıla bilməyəcəyini bəyan edib.

Müxalifətçi Ümid Partiyası bəyanatında seçkidə qanun pozuntuları baş verdiyini, seçki komissiyalarının nəzarət altında olduğunu, Seçki Məcəlləsinin bir sıra maddələrinin pozulduğunu bildirib.

Müxalifətyönümlü Demokratik İslahatlar Partiyasının 9 namizədindən dördü bu seçkidə qalib gəlib. Demokratik İslahatlar Partiyası ümumilikdə bələdiyyə seçkilərinin nəticələrini qənaətbəxş qiymətləndirib. Partiya hesab edir ki, bu seçkilər zamanı bir sıra cüzi qanun pozuntuları nəzərə alınmasa, seçki prosesində irəliləyişlər müşahidə olunub. Müxalifətyönümlü Böyük Quruluş Partiyası seçkidə ciddi qanun pozuntuları müşahidə etmədiyini bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov isə bildirib ki, bələdiyyə seçikləri ədalətli və demokratik keçib.

Xəbər lenti

Xəbər lenti