...

MDB dövlətləri mədəniyyət sahəsində əməkdaşlıq Şurasının sədri qismində Azərbaycanın səlahiyyət müddəti uzadılıb

Siyasət Materials 9 Oktyabr 2006 19:53 (UTC +04:00)
MDB dövlətləri mədəniyyət sahəsində əməkdaşlıq Şurasının sədri qismində Azərbaycanın səlahiyyət müddəti uzadılıb

MDB -dövlətləri mədəniyyət sahəsində əməkdaşlıq Şurasının sədri qismində Azərbaycanın səlahiyyət müddəti uzadılıb. Trend in xəbər verdiyi kimi, bu barədə Şuranın 21-ci iclasının yekunlarına dair mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açıqlama verib.

Onun sözlərinə görə, Şuranın növbəti iclasına qədər Azərbaycan təşkilata sədrlik edəcək. O qeyd edib ki, növbəti iclas 2007-ci ilin yazında Minskdə keçiriləcək.

Nazirin qeyd etdiyi kimi, təşkilat çərçivəsində atılacaq növbəti addım şuranın fəaliyyətini daha da intensivləşdirməkdir. Bunun üçün potensial var, - deyə o bildirib. Şura sədrinin sözlərinə görə, Bakı toplantısında əməkdaşlıq məsələləri geniş müzakirə olunub, vahid strategiyanın hazırlanması, vahid informasiya portalının yaradılması, eləcə də mədəniyyət turizmi ilə bağlı qərarlar qəbul olunub. Bu qərarlar bütün dövlətlər tərəfindən təsdiq olunub.

Ə.Qarayevin sözlərinə görə, Şura həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qalmış mədəni sərvətlərin qorunması məsələsinə böyük diqqət ayıracaq. O qeyd edib ki, zərurət olarsa, MDB ölkələri Avropa Şurasının yaxın vaxtlarda Azərbaycanın işğal olunmuş ərazilərində aparacağı monitorinqlərə də qoşulacaq.

Xəbər lenti

Xəbər lenti