...

Kəmaləddin Heydərov: Azərbaycanın yanğınsöndürmə xidmətinin şəxsi heyəti cəsur, vətənpərvər və öz peşəsinə sadiq insanlardan ibarətdir

Siyasət Materials 10 Oktyabr 2006 13:12 (UTC +04:00)
Kəmaləddin Heydərov: Azərbaycanın yanğınsöndürmə xidmətinin şəxsi heyəti cəsur, vətənpərvər və öz peşəsinə sadiq insanlardan ibarətdir

Azərbaycanın yanğınsöndürmə xidmətinin şəxsi heyəti cəsur, vətənpərvər və öz peşəsinə sadiq insanlardan ibarətdir. Trend in xəbərinə görə, jurnalistlərlə söhbətində bu barədə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

"88-ci ildən əvvəl yaradılmış kiçik bir yanğınsöndürmə qurumu bu gün böyük idarəyə çevrilib və xalqın xidmətində durur. Fövqəladə Hallar Nazirliyi yaranandan sonra biz statistik təhlil apardıq və məlum oldu ki, Azərbaycanda fövqəladə hal kimi ən çox qeydə alınan yanğınlardır. Deyə bilmərəm ki, yanğınsöndürənlərin işindən tam razıyam, əlbəttə ki, çatışmazlıqlar da çoxdur. Bu çatışmazlıqları yaradan səbəblər yanğınsöndürmə texnikasının tam səviyyədə və müasir olmaması, yanğınsöndürənlərimizin dünya praktikası ilə müqayisədə hələ də tam peşəkar olmamasıdır" - deyə K.Heydərov bildirib.

Nazirin sözlərinə görə, əvvəlki illərlə müqayisədə ölkədə geniş iqtisadi və texniki inkişaf gedir və bu da Fövqəladə Hallar Nazirliyinin işini çətinləşdirən amillərdəndir. "İndikindən fərqli olaraq əvvəllər binalar çox hündür tikilmirdi, lakin bu gün iqtisadiyyatın inkişafı buna imkan yaradır. Lakin həmin binaların tikintisi ilə yanaşı onların texniki təhlükəsziliyini təmin edən qurumlar, o cümlədən yanğınsöndürənlər də işlərini möhkəm tutmalıdırlar" - deyə nazir söyləyib.

K.Heydərov həmçinin yanğınsöndürənlərin digər ölkələrdə təcrübəartırma məsələsinə də toxunub. O qeyd edib ki, yanğınsöndürənlərimizin digər ölkələrin ali məktəblərində, akademiyalarında təhsillərini və təcrübələrini artırmaq üçün çoxsaylı müqavilələr bağlanıb. "Bizim hazırda Rusya, Fransa, Türkiyə, Ukrayna kimi ölkələrlə müqavilələrimiz mövcuddur. Gələcəkdə həmin ölkələrdə təhsil alan yanğınsöndürənlərimizin sayı təqribən iki dəfə artıq olacaq".

Xəbər lenti

Xəbər lenti