...

Gəncə Poçtamptı əhaliyə yeni xidmət növü təklif edəcək

Siyasət Materials 10 Oktyabr 2006 17:31 (UTC +04:00)

Gəncə Poçtamptı əhaliyə yeni xidmətlər göstərəcək. Bu barədə məlumatı Trend in Qərb bürosuna Azəripoçt Dövlət Müəssəsinin filialı, Gəncə şəhər Poçtamptının rəisi Hüseyn Vəliyev verib.

Onun sözlərinə görə, yeni xidmət növü toya dəvət olunanlara çatdırılacaq dəvətnamələrin sahiblərinə çatdırılmasıdır. İdarə rəisi onu da bildirdi ki, yeni xidmət növü şadlıq evləri ilə razılaşdırılmış formada həyata keçiriləcək. Müsahib qeyd etdi ki dəvətnamələrin vaxtında və düzgün ünvana çatdırılması sakinlərə bir çox problemlər yaradırdı. "Poçt şöbələrində şəhər əhalisinin ünvanı olduğundan bu işi idarə tez və asan həyata keçirə bilər" - deyə Hüseyn Vəliyev bildirdi.

Hüseyn Vəliyevin sözlərinə görə, Gəncədə poçt şöbələri üçün yeni binalar tikiləcək. Yeni poçt binalarının tikintisi şəhərin Gülüstan, Yeni Gəncə qəsəbələrində və Nizami sovxozu yaşayış massivində reallaşması nəzərdə tutulur. Tikinti işlərinə lazım olan vəsait isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ödəniləcək. İdarə rəisi şəhər İcra Hakimiyyətinin tikintini aparmaq üçün torpaq sahəsi ayırdığını da bildirdi. İlin sonuna kimi ilk poçt binasının istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti