...

Azərbaycanın prezidenti Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavinini qəbul edib

Siyasət Materials 13 Oktyabr 2006 16:22 (UTC +04:00)

Oktyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev Prezident Sarayında Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Syu Szyalunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend in məlumatına görə, görüşdə Azərbaycanla Çin arasında müxtəlif sahələrdəki münasibətlərin inkişafı müzakirə olunub.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Çinin mövqeyini yüksək qiymətləndirib. Dövlət başçısı iki ölkənin parlamentləri arasındakı əlaqələrin əhəmiyyətinə toxunaraq, bu səfərin ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Syu Szyalu Çin Xalq Respublikasının Sədri Hu Szintaonun, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri və Çin Xalq Respublikası Baş nazirinin salamlarını Prezident İlham Əliyevə çatdırıb və Çin Xalq Respublikası Sədrinin məktubunu dövlətimizin başçısına təqdim edib. O, iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Çin ilə Azərbaycanın ikitərəfli münasibətlərdə və beynəlxalq aləmdə bir-birinə dəstək verdiyini qeyd edən Syu Szyalu əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Çin Xalq Respublikası rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Çinin rəhbərliyinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti