...

Etibar Məmmədov: "Güney Azərbaycan məsələsilə əlaqədar Avropanın siyasi dairələri ilə danışıqlar aparılır"

Siyasət Materials 17 Oktyabr 2006 14:43 (UTC +04:00)

Bizim əsas məqsədimiz Güney Azərbaycanla bağlı məsələlərin beynəlxalq təşkilatların gündəliyinə salınmasına və orada müzakirəyə çıxarılmasına nail olmaqdır. Hazırda bu istiqamətdə iş gedir". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlala Partiyasının (AMİP) lideri, "Güney Azərbaycan beynəlxalq Forumu" Əlaqələndirmə Şurasının rəhbəri Etibar Məmmədov bildirib.

E.Məmmədovun sözlərinə görə, hazırda Güney Azərbaycanda gedən milli hərəkat, azərbaycanlıların problemləri, üzləşdikləri təzyiqlərlə bağlı məlumatların toplanması və görüləcək işlərin koordinasiyası gedir.

"Güney Azərbaycan məsələsinin Beynəlxalq Demokrat İttifaqının gündəliyinə salınması və bu qurumun vasitəsilə də Avropadakı birliklərin müzakirəsinə çıxarılması üçün iş aparılır. Beynəlxalq Demokrat İttifaqının Sidney şəhərində keçirilən toplantısında iştirak edə bilmədim. Amma London şəhərində keçiriləcək növbəti toplantıya qatılacam"-deyə E.Məmmədov məlumat verib.

Xəbər lenti

Xəbər lenti