...

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə telefon söhbəti edib

Siyasət Materials 20 Oktyabr 2006 13:34 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.

R.T.Ərdoğanın səhhəti ilə maraqlanan dövlət başçısı ona tezliklə və tam sağalmasını, dost və qardaş türk xalqının rifahı naminə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyənin baş naziri İlham Əliyevin göstərdiyi diqqəti yüksək qiymətləndirərək ona minnətdarlığını bildirib. Telefon söhbəti zamanı müxtəlif sahələrdə ikitərəfli münasibətlərin uğurlu inkişafı vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti