...

Oktyabrın 31-də Gürcüstanın xarici işlər naziri Bakıya səfər edəcək

Siyasət Materials 30 Oktyabr 2006 12:48 (UTC +04:00)
Oktyabrın 31-də Gürcüstanın xarici işlər naziri Bakıya səfər edəcək

Oktyabrın 31-də Gürcüstanın xarici işlər naziri Bakıya səfər edəcək. Trend in Tiflisdəki xüsusi müxbirinə Gürcüstan XİN-dən verilən məlumata görə, nazir Gela Bejuaşvili Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək.

Görüş zamanı ikitərəfli münasibətlər, o cümlədən regionda təhlükəsizlik məsələləri müzakirə olunacaq. Tərəflər GUAM çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunacaq.

G.Bejuaşvili Bakıdan Moskvaya yola düşəcək. Qeyd edək ki, noyabrın 1-2-də Moskvada QİƏT XİN başçılarının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti