...

ABŞ səfiri: Azərbaycanda maliyyə axtarışının sərbəst və təhtəlhesab orqanının yaradılması səmərəlidir

Siyasət Materials 30 Oktyabr 2006 14:58 (UTC +04:00)
ABŞ səfiri: Azərbaycanda maliyyə axtarışının sərbəst və təhtəlhesab orqanının yaradılması səmərəlidir

ABŞ Azərbaycan hökümətinin ölkədə maliyyə axtarışı orqanının yaradılması üzrə səylərini dəstəkləyir. Trend xəbər verir ki, bu barədə oktyabrın 30-da ABŞ-ın Azərbaycandakı səfirliyi, Avropa Şurası və Azərbaycan höküməti tərəfindən Bakıda təşkil olunmuş "Pulların yuyulması, terrorun maliyyələşdirilməsi və digər maliyyə cinayətləri ilə mübarizədə hüquqi çərçivələr" konfransında ABŞ-ın AR-dəki Fövqəladə və Səlahiyyətli Səfiri Enn Dersi məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın ABŞ və Avropa Şurası ilə əməkdaşlığının nəticəsi ölkədə pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə mübarizə üzrə hüquqi bazanın, eləcə də beynəlxalq normalara uyğun maliyyə axtarışı orqanının yaradılması tədbirləridir.

"Biz bu təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, onlar tezliklə həll olunacaq. Daxili və milli təhlükəsizlik, eləcə də qanunda üstünlük üçün bu tədbirlər zəruridir və əsasən maliyyə sahəsində sıx beynəlxalq əməkdaşlığın olmasını tələb edir", - deyə E.Dersi qeyd edib.

Onun sözlərinə görə, hər il bank sisteminə cinayətlərin bu növlərindən 100 mln. ABŞ dolları məbləğində vəsait daxil olur. "Çirkli pul" dövriyyəsinin qarşısının alınması üçün dünyada bütün hüquq-mühafizə orqanları və banklar mübarizə aparmaq üçün öz səylərini birləşdirirlər. Bu, qlobal problem olduğundan, bütün demokratik ölkələr maliyyə axtarışı orqanı, güclü hüquqi sistem yaradırlar.

"Effektiv olması üçün bu struktur sərbəst və təhtəlhesab olmalıdır. Və o, mütləq digər ölkələrdəki analoji qurumlarla əməkdaşlıq qurmalıdır, əks halda ölkə daxilində cinayətkar fəaliyyət və terrordan gələn gəlir ölkədən kənarda da bölüşdürülə bilər", - deyə səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti