ABŞ-ın Bakıdakı səfirliyinin təşəbbüsü ilə bu gün Salyanda Amerikanın 4 nəfərlik caz qrupu konsert proqramı ilə çıxış edib. Sonda ABŞ-ın ölkəmizdəki səfiri xanım Enn Dersi Salyan Rayon Mərkəzi Kitabxanasında yerləşən Regional Məlumat Mərkəzinin açılışını etdi. Səfirliyin dəstəyi ilə reallaşan layihənin məqsədi əyalət sakinlərinin informasiya almalarına, xüsusilə ingilis dilinin tədrisinə nail olmaqdır. Mərkəzdə tez-tez keçirilən tədbirlərdə Azərbaycan və Amerikanın adət-ənənləri, idman, səyahət mədəniyyət və tarix haqqında fikir mübadilələridə aparılır.
Qeyd edək ki, proqramm 2004-cü ilin yanvar ayından həyata keçirilir və 17 regionu əhatə edir. ABŞ səfirliyinin Regional Kitabxanaların İnkişaf Proqramının əsas məqsədi isə region kitabxanalarının fəaliyyətinin genişləndirməsi və ictimai mərkəzlərə çevrilməsi konsepsiyasından ibarətdir. Proqram çərçivəsində Mərkəzi Kitabxanaya müasir avadanlıqlar (kompüter-5 ədəd, printer-1 ədəd, skaner 1 ədəd, qenerator -1 ədəd, UPS - 1 ədəd, İnternet xətti, televizor - 1 ədəd, videopleyer-1 ədəd) hədiyyə edilib.
Tədbirdə Azərbaycan dilində çıxış edən səfir özü ilə mərkəzə hədiyyə olaraq ingilis və Azərbaycan dillərində kitablar gətirdiyini də bildirdi.