...

Nəsimi rayon məhkəməsi AXCP sədrinin iddiasını təmin etmədi

Siyasət Materials 2 Noyabr 2006 12:29 (UTC +04:00)

Noyabrın 2-də Nəsimi rayon məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin rayon prokurorluğuna qarşı qaldırdığı iddiası ilə bağlı qətnamə çıxarılıb. Trend in məlumatına görə, hakim Məmmədəli Zülfüqarov AXCP sədrinin iddiasının təmin olunmadığını elan edib.

Qeyd edək ki, iddiaçı tərəf Əli Kərimli 1994-cü ildə barəsində açılmış cinayət işinin əsassız olduğu üçün xitam verilməsini tələb edirdi. AXCP sədri Nəsimi rayon prokurorluğunun bu cinayət işinə xitam verməməsi üzündən ümumvətəndaşlıq pasportu ala bilmir.

Partiyadan bildirilib ki, Nəsim rayon məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti veriləcək.

Xəbər lenti

Xəbər lenti