...

ATƏT-in Bakı ofisi Azərbaycanda təhsil kompüter mərkəzi açıb

Siyasət Materials 7 Noyabr 2006 16:39 (UTC +04:00)

Noyabrın 7-də ATƏT-in Bakı ofisi Bakıda gənclər üçün islah müəssisəsində təhsil kompüter mərkəzi açıb. Bu təşəbbüs ATƏT ofisi və Ədliyyə Nazirliyinin birgə layihəsinin bir hissəsidir. Layihənin məqsədi ölkədə yuvenal ədliyyə sahəsində islahatlar aparmaqdan ibarətdir.

"Yetkinlik yaşına çatmamış cinayətkarlarla münasibətdə ədalət məhkəməsi güclü təhsil və sosial rifah olmadan aparıla bilməz", - deyə ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirib.

"Ümid edirəm ki, bu təhsil mərkəzi yetkinlik yaşına çatmamış cinayətkarların azadlığa çıxdıqdan sonra yenə də cəmiyyətə inteqrasiya etməsinə və qanuna tabe olan şəxslər kimi formalaşmasına kömək edəcək", - deyə M.Pavesi qeyd edib.

Təhsil mərkəzi ilk növbədə yetkinlik yaşına çatmamış məhbuslara yeni vərdişlər aşılayaraq onların uzun müddət təhsil almasına və cəmiyyətə qarşı ədavətli münasibətlərinin azaldılmasına diqqət ayıracaq. Layihəyə gənclərin təhsilinin yaxşılaşdırılması məqsədilə əsas kompüter təcrübəsi qazanmaq üçün sistemli treninqlərin keçirilməsi və elektron kitabxananın yaradılması daxildir. Məşqçilər müntəzəm olaraq interaktiv oyunlar təşkil edəcək.

Layihə həbsxanalara nəzarət üzrə yerli İctimai Assosiasiyası qeyri-hökumət təşkilatı ilə əməkdaşlıqda həyata keçirilir. ATƏT-in Bakı ofisi beynəlxalq təşkilatlar və milli QHT-lə birgə bir neçə təşəbbüs həyata keçirir. Məqsəd yuvenal ədliyyə sahəsini modernləşdirmək və yenidən qurmaq səylərində Azərbaycan hökumətinə kömək etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti