...

Azərbaycan yığmasının futbolçusunda dopinqin aşkar edilməsinin səbəbi – soyuqdəymədən müalicə olunmasıdır

Siyasət Materials 21 Noyabr 2006 14:19 (UTC +04:00)
Azərbaycan yığmasının futbolçusunda dopinqin aşkar edilməsinin səbəbi – soyuqdəymədən müalicə olunmasıdır

Dopinq-preparatların qəbulunda ifşa olunmuş Ağdamın "Qarabağ" klubunun və Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolov baş verənləri inkar etmir. İdmançının Trend ə verdiyi xəbərə görə, onun qanında aşkar edilmiq qadağan olunmuş betametazon preparatı onun orqanizminə əzələdaxili inyeksiya vasitəsilə düşüb, bu inyeksiya ona bu ilin avqust ayında şəhər xəstəxanalarından birində vurulub.

"Məzuniyyətimi keçirdiyim Stavropoldan qayıdarkən, mənə güclü soyuq dəydi. Mən Bakıya gecə gəldiyimdən, klubun həkiminə deyil, Tibb universitetinin yanındakı şəhər xəstəxanalarından birinə müraciət etdim. Burada mənə üç iynə vurdular; həkimin sözlərinə görə, bunlar- vitamin, ağrıkəsici və müalicəvi iynələr idi. Yalnız indi aydın olduğu kimi, məhz onların sonuncusunda oktyabr ayında Belçika ilə oyundan sonra məndə aşkar olunmuş betametazon var", - deyə idmançı bildirib.

Nə üçün avqust ayında vurulmuş preparatın iki aydan sonra aşkar olunması sualına cavab olaraq futbolçu qeyd edib ki, belə dərman vasitələri 6 aya qədər müddətdə qanda dövran edə bilər.

Xatırladaq ki, təkrar analizin Almaniyada edilməsi lazım olduğundan futbolçu ondan imtina edib. Bunun heç mənası da yoxdur, çünki qadağan olunmuş stimulyatorun orqanizmə necə düşdüyü futbolçuya məlumdur.

"Mən hətta həkimi də ittiham edə bilmərəm, axı o, adi həkim idi və sadəcə olaraq, tez bir zamanda məni sağaltmaq istəyirdi. O bilməyib ki, inyeksiya dopinq vasitəsi ola bilər", - deyə "Qarabağ"ın "Neftçi"yə qarşı bugünkü oyununda meydana çıxmağa hazırlaşan Sokolov bəyan edib.

Antidopinq komitəsi hələ idmançımızın oyundan çıxarılma müddəti haqqında qərar çıxarmadığından, o, bu oyunda iştirak edə bilər. Rəsmi qərarın yaxın günlərdə çıxarılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti