...

Əhməd Ərqul: Türkiyənin Ceyhan limanından 40 mln barelədək Azərbaycan nefti yola salınıb

Siyasət Materials 24 Noyabr 2006 11:46 (UTC +04:00)
Əhməd Ərqul: Türkiyənin Ceyhan limanından 40 mln barelədək Azərbaycan nefti yola salınıb

"Bugünədək Türkiyənin Ceyhan limanından BTC boru kəməri ilə çatdırılan Azərbaycan neftinin yükləndiyi müxtəlif tutumlu 56 tanker yola salınıb. Yola salınan neftin həcmi 39 mln. barreli keçib". Bu barədə cari həftədə Ceyhan limanında azərbaycanlı jurnalistlərə Botas International ltd (BIL) şirkətinin baş direktoru Əhməd Ərqul məlumat verib.

Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə, neft, əsasən İtaliya, İspaniya, Hindistan, İsrail və digər ölkələrə yola salınıb.

"Hazırda BTC boru kəmərinə sutkada orta hesabla 500 min barel Azərbaycan yüngül nefti vurulur", - deyə o qeyd edib.

Botas International ltd neftin Ceyhan limanında yüklənməsi üzrə texniki xidmətə görə 1 barel üçün $0,35 alır. Bunun 0,20 dollarını Türkiyəyə vergi kimi ödəyir.

Ceyhan limanında çənlərin tutumu 7 mln. barel təşkil edir. (hər biri 1 mln barel tutumlu 7 çən). Limanda neftin yüklənmə sürəti saatda 60 min barrelə bərabərdir. Eyni zamanda maksimal tutumu 300 min ton olan 2 tanker də yüklənə bilər. Körpüdə dənizin dərinliyi 26 metrdir.

Xəbər lenti

Xəbər lenti